Türkiyə Superliqasında 8-ci tura start verilib.
Açılış oyununda "Qalatasaray" "Sivasspor"u qəbul edib. Matç İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray"- "Sivasspor" - 3:2
Qollar: Andone, 22 (1:0), 42-pen (2:0), Kone, 69 (2:1), Babel, 74 (3:1), Yeşilyurt, 84 (3:2)
Bu qələbə ilə xalını 13-ə yüksəldən "Cim-Bom" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Alanyaspor" 14 xalla (7 oyundan) 1-ci, "Sivasspor" 12 xalla 3-cüdür.